Dünya Bankı dövlət işçilərinin və müəllimlərin maaşlarını ödəmək üçün Ukraynaya 60 milyon dollar köçürüb.
Tehsil.biz xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
Məlumata görə, Ukrayna bu məbləği noyabrın 22-də alıb. Bildirilir ki, 50 milyon dollar güzəştli şərtlərlə Beynəlxalq İnkişaf Assosiasiyası, 10 milyon dolları isə Latviya tərəfindən verilib.
Daha əvvəl Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, Avropa İttifaqının makromaliyyə yardım proqramı çərçivəsində Ukrayna daha 2,5 milyard avro əldə edib.
Departament əlavə edib ki, fevralın 24-dən etibarən Aİ-nin Ukraynaya göstərdiyi makromaliyyə yardımının ümumi məbləği 6,7 milyard avroya çatıb. Son tranşın 2022-ci ilin sonuna qədər tamamlanacağı gözlənilir.