"Ali məktəblərə qəbul imtahanı zamanı bütün ixtisas qruplarına Azərbaycan tarixi və informatika fənlərinin əlavə edilməsi abituriyentlərin işini daha da çətinləşdirə bilər".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, abituriyentlərin hər biri eyni istiqaməti seçmir, hamısı eyni ixtisasa sahiblənmək istəmir:
"Nəzərə alsaq ki, şagirdlər 1-ci sinifdən 11-ci sinfə qədər informatika fənnini orta məktəbdə keçirlər, müəyyən zaman çərçivəsində BSQ imtahanı verirlər, deməli, onlar 11 il ərzində bu fənni mənimsəyirlər. Ayrıca olaraq, biz imtahanlara əlavə fənlər salmaqla abituriyentlərin işini çətinləşdirəcəyik. Çünki bütün abituriyentlər texniki, təbiət və yaxud humanitar fənlər üzrə getmirlər".