Logo

"Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı komissiya yaradılıb

23.11.2022 10:34 271 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı komissiya yaradılıb.

"Tehsil.biz"in məlumatına görə, bu barədə AMEA-nın Rəyasət Heyəti qərar qəbul edib.

Qərara əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramında akademiyanın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər Planının hazırlanması məqsədi ilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti