Logo

"Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın tarixində dönüş nöqtəsi olmuşdur"

23.11.2022 11:00 378 baxış
IMG

Noyabr ayının 21-də mütərəqqi siyasi ideyaları ilə xalqımıza və dövlətçiliyimizə xidmət edən Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə iştirak edib. Prezident İlham Əliyev çıxış edərək, partiyanın yaranmasının tarixi hadisə olduğunu, həmin dövrdə xalqımızın böyük faciələrlə üzləşdiyini, bu səbəbdən də, Ulu Öndərə müraciət ünvanlandığını və bu müraciəti ünvanlayan 91-lərin öz tarixi missiyalarını şərəflə yerinə yetirdiklərini bildirdi. Yeni Azərbaycan Partiyasının müxalifət partiya kimi yarandığını, dövlətin ağır problemlərinin öz üzərinə götürməyin böyük məsuliyyət tələb edən addım olduğunu da vurğuladı. Məhz demokratik inkişafın ləng getdiyi bir şəraitdə, partiyanın təsis konfransının Naxçıvanda keçirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev o dövrdə cəmiyyətdə Heydər Əliyevə çox yüksək inamın olduğunu, bu inamın əsas səbəbinin ölkəmizə I rəhbərliyi dövründən xalqa yüksək səviyyədə xidmət etməsinin olduğunu, xalqımızın 1980-ci illərdə üzləşdiyi faciələrin millətin yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istədiyini bir daha göstərdiyini, məhz Ulu Öndərin rəhbər vəzifələrdən istefa verməsindən sonra seperatçı qüvvələrin gücləndiyini söylədi. YAP-ın təsiskonfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilərək, parlamentin sədri seçildiyini, 11 ay keçəndən sonra oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildiyini diqqətə çatdırdı. İlk vaxtlar ökə qarşısında çox ciddi, böyük problemlərin olduunu, məhz Heydər Əliyevin zəkası, təcrübəsi, xalqın ona olan inamı, həmçinin, Yeni Azərbaycan Partiyasının üzvlərinin, ictimai fəallarının fəaliyyəti nəticəsində bu çətin vəziyyətdən şərəflə çıxdığımızı bildirdi. Bundan əlavə, cənab Prezident, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsaslarının qoyulduğunu, bu siyasətin davam etməsi naminə xalqımızın müdriklik göstərərək, Heydər Əliyev siyasətinə səs verdiklərini və son 19 ilin hadisələrinin Ulu Öndərin bütün tapşırıqlarının. tövsiyələrinin yerinə yetirildiyini bəyan etdi.

Akif Qasımzadə
YAP Yasamal rayon Təşkilatının fəalı

Xəbər lenti