“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində “Labirintdən çıxış-2 – kişilər zorakılığa qarşı” mözusunda iki aylıq təlimlər keçirilib.
Tehsil.biz xəbər verir ki, bu sahənin tanınmış mütəxəssisləri, dövlət məmurları insan haqları anlayışı, insan haqları bəyannaməsi, Avropa insan haqqları sistemi, İnsan Haqlarının Müdafiəsinin Milli mexanizmləri, Azərbaycanda qadın hüquqlarının müdafiəsinin xüsusiyyətləri, Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvinə dair Konvensiya, Azərbaycanda diskriminasiya problemləri, zorakılığın statistikası, gender bərabərliyi, yerli adət - ənənlərin qadın hüquqlarının müdafiəsinə təsiri, məişət zorakılığı haqqında Qanun, qadın hüquqlarının müdafiəsində maarifləndirmənin əhəmiyyəti, qaçqın və məcburi köçkünlər arasında gender problemi, Azərbaycanda Uşaq Hüquqlarının müdafiəsinin təşkili və digər mövzular geniş müzakirə olunub, fikir mübadiləsi aparılıb, maraqlı təkliflər irəli sürülübr.
Təlimlərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” fakültəsinin məzunu Zeynallı Elnur və tələbələri Niftiyev Mir İlham, Süleymanov Zakir, Kərimli Toğrul fəal iştirak ediblər. Sonda benefisiarlara təlimçi hüququ verən sertifikatlar təqdim olunub.