Logo

Masallıda məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə görüş keçirilib - FOTO

23.11.2022 11:52 781 baxış
IMG

Noyabrın 22-də Masallı rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları tərəfindən məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ”Ümumi təhsil müəssisələrində 2022/2023-cü tədris ilinin təşkili barədə” Elm və Təhsil Nazirliyinin 14.09.2022-ci il tarixli F-548 nömrəli əmrindən irəli gələn məsələlər, şagirdlərin buraxılış imtahanlarına və Respublika Fənn Olimpiadalarına hazırlığı, dərnək və dərsdənkənar məşğələlərin tədrisi, işçilərin əmək intizamı, vətəndaş müraciətlərinə baxılması, ”Şagird-məzun” sistemi və UTİS-də müvafiq işlərin görülməsi və.s. kimi məsələlər barədə müzakirələr aparılıb və təhsil müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sonda görüş iştirakçılarını maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti