Logo

Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib - FOTO

23.11.2022 12:04 65 baxış
IMG

Elm və Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndələri Koreya Respublikasına səfər edib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-nun rektoru Havar Məmmədov, BMU-İnha ikili diplom proqramının direktoru Humay Cəfərli, BMU-nun prorektoru Mənafəddin Namazov təmsil olunur.

Səfər çərçivəsində KAİST Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Görüş zamanı bildirilib ki, hazırda universitetdə müxtəlif təhsil pillələri üzrə 47 azərbaycanlı tələbə oxuyur.

Nümayəndə heyəti həmçinin KAİST universitetinin vitse-prezidenti Man-Sunq Yim ilə görüşüb və gələcək əməkdaşlığın qurulmasına dair müzakirələr aparıb.

Qeyd edək ki, səfərin əsas məqsədi “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik sahəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair müzakirələrin aparılmasıdır.

Xəbər lenti