Logo

Kukla Teatrında külli miqdarda mənimsəmə olub? - RƏSMİ AÇIQLAMA

23.11.2022 12:46 402 baxış
IMG

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparıb.

Tehsil.biz xəbər verir ki, bu gün isə teatrda guya külli miqdarda mənimsəmə halının baş verməsi, inzibati protokol tətbiq edilməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən "Tehsil.biz"ə bildirildi ki, qeyd olunan iddialarla bağlı heç bir rəsmi məlumat yoxdur.

"Yoxlamalar yekunlaşmadan hər hansısa inzibati protokol və ya mənimsəmə ilə bağlı bir şey deyə bilmərik. Yoxlamalar davam edir, nəticəsi barədə ətraflı məlumat veriləcək", - nazirlikdən bildirilib.

 

Xəbər lenti