Logo

Bakıda məktəb direktorları üçün maarifləndirici görüşlər keçirilib - FOTO

23.11.2022 13:42 80 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı maarifləndirici görüşlər keçirilir.

Tehsil.biz xəbər verir ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərə tutulan görüşlərin əsas məqsədi Elm və Təhsil Nazirliyinin 2022-ci il üzrə Tədbirlər Planının icrası çərçivəsində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya risklərinin təhlili, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

Paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunan ilk görüşdə, BŞTİ-nin Daxili nəzarət sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Aydın Rəhimov, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Binəqədi, Nərimanov və Nəsimi rayonları üzrə məktəb direktorları iştirak ediblər.

Görüşdə çıxış edənlər paytaxtdakı təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparıldığını və təlimatlandırıcı tövsiyələr verildiyini bildiriblər. Nəzərə çatdırıblar ki, təhsil sahəsində korrupsiya hüquqpozmaları və digər qanun pozuntuları ilə əlaqədar ümumi təhsil müəssisələrində aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş halların aradan qaldırılması istiqamətində aidiyyəti struktur bölmələr tərəfindən müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrasına nəzarət edilib.

Həmçinin görüşdə təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldıldığını və şəffaflığın təmin oldunduğunu konkret faktlar əsasında diqqətə çatdırıblar.

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti