Logo

Paytaxt məktəbində dərslik çatışmazlığı var? - İDDİA+RƏSMİ AÇIQLAMA

23.11.2022 14:38 319 baxış
IMG

Paytaxtın 87 nömrəli tam orta məktəbində dərslik çatışmazlığı var.

Bu barədə "Tehsil.biz"ə müraciət edən şəxs bildirib ki, sözügedən məktəbin 10-cu siniflərində fizika fənninin rus sektoru bölməsi üzrə dərsliklər şagirdlərə verilməyib.

Məsələ ilə bağlı təhsil müəssisəsindən "Tehsil.biz"ə verilən məlumata görə, dərsliklərlə bağlı problem yoxdur.

"2022-2023-cü tədris ili üzrə bütün X sinif şagirdlərinə dərsliklər paylanılıb", - məktəbdən bildirilib.

Həmçinin oxuyun: BŞTİ müdiri: “Məktəblərdə dərslik problemi həll olunub”

Xəbər lenti