Logo

Xəzər Universiteti beynəlxalq əlaqələrini genişləndirir

23.11.2022 15:02 77 baxış
IMG

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin nümayəndələri ilə Xəzər Universitetində görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə Xəzər Universitetindən məlumat verilib.

Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova bu təhsil ocağının fəaliyyəti haqqında qonaqlara məlumat verib. Sonra təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbirdə Zonguldak Bülent Ecevit Universiteti haqqında videoçarx izlənilib.

Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanıb. Müqaviləni Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Zonguldak Bülent Ecevit Universitetinin rektoru professor İsmail Hakkı Özölçer imzalayıblar.

Xəbər lenti