Logo

ADNSU ilə Zonguldak Bülent Ecevit Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

23.11.2022 16:10 78 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Zonguldak Bülent Ecevit Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə ADNSU-dan məlumat verilib.

İmzalanma mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı Zonguldak Bülent Ecevit Universiteti haqqında danışıb və bildirib ki, bu təhsil müəssisəsi ilə enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir və yeni müştərək layihələr hər iki təhsil müəssisəsinə böyük uğurlar vəd edir.

Zonguldak Bülent Ecevit Universitetinin rektoru professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz əməkdaşlıqda yeni perspektivlərdən bəhs ediblər.

Xəbər lenti