Logo

Dövlət Komitəsi sədrinin Sabirabadda vətəndaş qəbulu keçirilib - FOTO

23.11.2022 18:12 340 baxış
IMG

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Tehsil.biz xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşların Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətləri cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

Xəbər lenti