"Elm və təhsil naziri Emin Əmrullayevin təhsildəki problemləri açıq şəkildə deməsini təqdirəlayiq hesab edirəm".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, sosial şəbəkə üzərində kəskin etirazları bəzən baş düşmək olmur:
"Şəxsən mən şirin yalandansa, acı həqiqəti daha üstün tuturam. Təhsil sahəsində köklü problemləri açıq şəkildə ifadə etməyi bu sahə üzrə cavabdeh olan nazirin özündən eşitməyi alqışlayıram. İstənilən problemi, o cümlədən, təhsil sahəsində olan problemləri həll etmək üçün ilk növbədə, problemi görmək, daha sonra o problemi yaradan səbəbləri aradan qaldırmaq lazımdır".