Logo

BDU alimi Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

24.11.2022 13:33 81 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrası Azərbaycan Elm Fondunun elan etdiyi  “Qarabağ - Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olub.

Tehsil.biz xəbər verir ki, “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılma yollarının işlənilməsi” adlı layihəni Ekoloji kimya kafedrası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirəcək.

Layihənin rəhbəri Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevadır. Layihə 2022-2024-cü illəri əhatə edəcək.

Xəbər lenti