Logo

Qarabağ qazisi olan jurnalist dünyasını dəyişib

24.11.2022 14:18 74 baxış
IMG

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

Qeyd edək ki, Xəqani Rzaquliyev 9 noyabr 1963-cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, 1982-1984-cü illərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissəsində mühəndis-istehkamçı kimi müddətli həqiqi hərbi xidmətdə olub. Müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), "Gənclik" jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.

X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və "Vətən Müharibəsi" adının seçilməsi təklifi onun adı ilə bağlıdır.

O, Birinci Qarabağ müharibəsində iştirak edib və 1992-ci il martın 12-də ağır yaralanıb.

Xəbər lenti