Logo

Bu müəllimlər qarşılıqlı yerdəyişmə edə bilmirlər - RƏSMİ

24.11.2022 14:33 139 baxış
IMG

"İstər yerdəyişmə, istərsə də qarşılıqlı yerdəyişmə proqramında müəllimlər işə qəbul imtahanında topladıqları balla iştirak edirlər".

Tehsil.biz xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.

O bildirib ki, həmçinin müəllimlər müsabiqəyə sertifikatlaşdırma imtahanının nəticəsi ilə də qoşula bilərlər:

"Yerdəyişmə ilə bağlı adətən Bakı-Sumqayıt, yaxud da Bakıətrafı qəsəbələrdə çalışan müəllimlər müraciət edirlər. Ötən tədris ilində yerdəyişmədən yararlanan müəllimlər bu il qarşılıqlı yerdəyişmə platformasından istifadə edə bilmirlər. Çünki onlar iş yerlərini yeni dəyişiblər və öz istəkləri ilə bu müəssisələrə işə qəbul olublar. Qarşılıqlı yerdəyişmə zamanı bəzən müəllimlər dərs saatlarını yüksək göstərməyə çalışırlar. Sənədlərdə tərsmütənasiblik olduğu təqdirdə şəxsin cari tədris ilində platformada istifadəsi məhdudlaşdırılacaq. Çalışacağıq ki, platformaya müraciət edən müəllimlər növbəti yarımildən yeni iş yerlərində fəaliyyətlərini davam etdirə bilsinlər".

"Yerdəyişmə müsabiqəsində iştirak etmək üçün bir müəllim 3 il müddətsiz müqavilə ilə çalışmasını tamamlamalıdır, yalnız bu halda platformaya müraciət edə bilər", - deyə N.İsmayılbəyli vurğulayıb.

Xəbər lenti