Logo

Qaxda şəhəri tərk edən məktəblini polis saxladı

24.11.2022 14:45 319 baxış
IMG

Qax şəhərinin 3 saylı məktəbinin 2-ci sinif şagirdi özbaşına şəhərdən çıxıb gedərkən xidməti vəzifəsini yerinə yetirən yol polis xidmətinin əmakdaşı tərəfindən saxlanılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, araşdırma nəticəsində 7 yaşlı uşağın özbaşına şəhəri tərk etdiyi və hara getdiyini özünün də anlamadığı məlum olub.

Polis əməkdaşının təşəbbüsü ilə təcili tədbir görülərək uşağın valideynləri tapılıb və azyaşlı onlara təhvil verilib.

Xəbər lenti