Logo

Təhsil Nazirliyi vətəndaşları qəbul edəcək - DİQQƏT

15.02.2021 12:55 1828 baxış
IMG

Təhsil Nazirliyi tərəfindən 15 fevral tarixindən etibarən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək. 

 

Videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir. 

 

Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.

 

Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz. 

Xəbər lenti