Siyəzəndə məktəb yararsız vəziyyətdədir.
Tehsil.biz xəbər verir ki, rayonun Gənclik qəsəbəsində yerləşən Nazim Əsədov adına 4 saylı orta məktəbi qəzalı durumdadır.
Sakinlərin sözlərinə görə, sözügedən məktəb həyati təhlükə yaradır.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan "Tehsil.biz"ə bildirildi ki, hazırda sözügedən məktəbin qəzalı hissəsində dərs keçilmir:
"2019-2023-cü illərdə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən həmin məktəbin əsaslı təmiri nəzərdə tutulub".