Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub.
Tehsil.biz xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Hüseynov Rahim Sabbar oğlu Mil-Muğan Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rahim Hüseynov yeni təyinata qədər Mil - Muğan Regional Təhsil İdarəsinin Maliyyə - İqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.