Logo

BDU-nun Fizika Problemləri ETİ-də bioloji fəal peptid molekulların fəza quruluşları kompleks tədqiq olunur

15.02.2021 13:58 598 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.

 

Seminarda İnstitutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Gülşən Ağayeva “Bioloji fəal peptid molekulların fəza quruluşlarının spektral və nəzəri hesablama metodları ilə kompleks tədqiqi ” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə bioloji fəal peptid molekullarının fəza quruluşları və konformasiya imkanlarının müxtəlif  tədqiqat  üsulları vasitəsi ilə öyrənilməsinin, alınmış nəticələrin müqayisə və təhlil edilməsinin forma və üsulları göstərilib. Aparılan tədqiqatlar nəticəsində  təcrübi və nəzəri üsullarla müəyyən edilmış quruluş elementlərinin müqayisəsinin onların qiymətlərinin dəqiqləşdirilməsinə səbəb olduğu müəyyən edilib. Məruzədə tədqiq edilmiş biomolekulların fəza quruluşları və konformasiya imkanlarının müəyyən edilməsi, onların quruluş-funksiya əlaqələrinin öyrənilməsi, həmçinin yeni farmakoloji əhəmiyyətli analoqlarının yaradılması üçün vacib olması qeyd edilib.

 

Sonda G.Ağayeva aparılan hesablamaların xüsusiyyətlərini izah edib, iştirakçıların suallarını cavablandırıb.

 

 

Xəbər lenti