Logo

ADU-da Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibəti ilə ədəbi-bədii-gecə keçirilib

25.11.2022 22:27 272 baxış
IMG

Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “İstiqlal sevdalısı – Əhməd Cavad”  adlı ədəbi-bədii gecə keçirilib.

Tehsil.biz xəbər verir ki, Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən ədəbi-bədii gecədə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Adı çəkilən kafedranın müdiri fil.f.d., dos. X.S.Əsgərova İstiqlal sevdalısı Əhməd Cavad haqqında məlumat verib.

ADU-nun  rektor  məsləhətçisi A.Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F.Cahangirov, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi L.Qurbanova və Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi N.Hüseynova vətən sevdalı şairin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Bədii hissədə tələbələr şairin qısa ömründə yazdığı şeirləri Azərbaycan, alman və rus dillərində səsləndirib, şeirlərinə bəstələnən mahnılar və rəqslər ifa ediblər.

Tədbirin sonunda  maraqlı çıxışlarına görə tələbələrə universitet dekanlığı tərəfindən  təşəkkürnamə verilib.

Xəbər lenti