Logo

BANM tələbələrinə beynəlxalq layihə imkanları barədə məlumat verilib

26.11.2022 15:10 223 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Aeronavtika və Kosmik Tədqiqatlar Klubunda "Beynəlxalq layihə imkanları" mövzusunda görüş təşkil edilib.

Tehsil.biz xəbər verir ki, görüşü NASA-nın “Human Exploration Rover Challenge” müsabiqəsinə seçilən Ali Məktəbin  “ULVI NASA HERC 2022” komandasının lideri, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nihad Həbizadə və təhlükəsizlikdən məsul üzvü, Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Cavid İsayev keçirib. 

BANM-in aşağı kurs tələbələri üçün nəzərdə tutulan görüşdə onlar “NASA HERC” və “Teknofest”in də daxil olduğu bir sıra beynəlxalq yarış, təcrübə proqramları və layihələr barədə bilik, təcrübə və məsləhətlərini bölüşüblər.

Xəbər lenti