Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Akademiyasının növbəti konqresi keçirilib.
Tehsil.biz xəbər verir ki, "Olimpiya hərəkatının fırtınalı suları" adı altında keçirilən tədbirdə ölkəmizi Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) İdman işləri üzrə prorektoru, Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov və MOK-un Marketinq şöbəsinin müdiri, Milli Olimpiya Akademiyasının Beynəlxalq layihələr departamentinin müdiri Səkinə Vəliyeva təmsil edib.
Konqres çərçivəsində keçirilən Baş Assambleyada Manfred Laemmer yenidən qurumun prezidenti seçilib. Bundan başqa, Baş Assambleyada Avropa Olimpiya Akademiyasının qarşıdakı 8 il üçün missiyası, dəyərləri, məqsədləri və strateji təşəbbüslərinin öz əkisni tapdığı strateji planı da qəbul edilib. Yaxın gələcəkdə Akademiyanın əlavə seminarlarının keçirilməsi haqda müzakirələr aparılıb.