Logo

ASAPES SABAH əməkdaşları təlimlərdə iştirak edib - FOTO

27.11.2022 10:43 274 baxış
IMG

Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin əməkdaşları və yeni fəaliyyətə başlayan müəllimləri üçün peşə, bilik, praktiki bacarıqlar və dünyagörüşünün davamlı inkişaf etdirilməsinə dair təşkil etdiyi təlimlərdə ASAPES SABAH Mərkəzinin əməkdaşları və ASAPES SABAH tədrisinə yeni cəlb edilmiş müəllimlər iştirak edib.

Tehsil.biz xəbər verir ki, təlimlər zamanı “Təhsildə süni intellekt”, “Jurnallarda məqalələrin çap olunma qaydaları”, “Təhsil qanunvericiliyinin praktik məsələləri və son yeniliklər”, “Müəllim-tələbə münasibətlərində səmərəli ünsiyyət və sosial-emosional səlahiyyətlər” mövzuları ətrafında müzakirələr aparılıb.

Xəbər lenti