Logo

Tələbələr imtahanqabağı streslərin idarə edilməsinin yolları barədə məlumatlandırılıb

27.11.2022 17:00 287 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi və “Psixosən” psixoloji dəstək platformasının birgə təşkilatçılığı ilə tələbələrlə “Özünü inkişaf” və “Stresin idarə edilməsi” mövzularında görüş keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, iki gün davam edən görüşlərdə psixoloq Aynur Şıxəliyeva tələbələrə imtahanqabağı streslərin idarə edilməsinin yolları barədə məlumat verib.

Sonra tələbələrlə müxtəlif psixoloji yazılı və əzələ testləri keçirilib.

Sonda İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova UNEC-də Psixoloji xidmət mərkəzinin fəaliyyət göstərdiyini qeyd edərək, zərurət yarandıqda tələbələrin həmin mərkəzin xidmətindən istifadə edə biləcəklərini vurğulayıb.

Xəbər lenti