Logo

ADPU-nun müəllimi Beynəlxalq konfransda çıxış edib - FOTO

27.11.2022 20:03 576 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin "Azərbaycan Tarixi" kafedrasının baş müəllimi Cəfər Xanəliyev 44 günlük II Vətən Müharibəsinə həsr olunmuş "Çanakkaleden Karabağa Türkün Zaferi" adlı XXXII Beynəlxalq elmi konfransda çıxış edib.

Tehsil.biz xəbər verir ki, konfrans Türkiyədə,  Qars-Əskişəhərdə online formada keçirilib.

Cəfər Xanəliyev konfransa "Azərbaycan SSR-də milli adət -ənənələrə qarşı mübarizə və bolşeviklərin Azərbaycan mədəniyyətinə mənfi münasibətləri (1920-1930-cu illər)" adlı elmi məqalə də təqdim edib. Onun 25 dəqiqə davam edən məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti