Logo

ADPU-da Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüş keçirilib

27.11.2022 20:58 242 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) üzvləri ilə tələbələrin görüşü keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı AGMA-nın gənc müəllimlər üçün yaratdığı fəaliyyət istiqamətləri barədə məlumat verilib. AGMA-nın sədri Rüfət Əsədzadə tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib.

Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma müəllimlərə davamlı öyrənmə imkanları yaradır. Hazırda platformada 3500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur.

Tələbələrin xüsusi maraq göstərdiyi görüşün sonunda onları maraqlandıran suallara cavab verilib.

Xəbər lenti