Logo

Ekspert: "Universitet gəlir əldə etmək məqsədilə qurulmuş iqtisadi müəssisə deyil"

27.11.2022 23:26 414 baxış
IMG

"Əgər ölkədəki özəl universitetlər ancaq pul müqabilində dəyərsiz diplom paylayan “diplom maşınları” olmaq əvəzinə universitet olmaq istəyirlərsə, texnologiya və innovasiyaya pul ayırmaqla yanaşı birinci növbədə akademik azadlığı formalaşdırmalıdırlar".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, universitet gəlir əldə etmək məqsədilə qurulmuş iqtisadi müəssisə deyil:

"Özəl universitetlərin sahibləri “obyekt”lərini restoran kimi işlədirsə, onda o, ümumiyyətlə, universitetin məqsədini anlamır. Əlavə olaraq həm dövlət, həm də özəl universitetlər akademik azadlığı yaratmasa, onlar həm də tələbələrinin vaxt və pulunu israf etmiş olacaqlar və daha da vacib məsələ odur ki, bu universitetlər bazar üçün diplomlu səriştəsiz məzunlar hazırlamağa davam edəcəklər".

Xəbər lenti