Qadın bəşəriyyətin ən güclü varlığıdı. Bəşəriyyətin ən güclü varlığı adlandırdığımız qadın kimdi? Bu sualla tez-tez rastlaşırıq: “Sizcə, qadın kimdir?”, və hər kəs fərqli cavab verir: anadır, bacıdır və s. yəni qadının sonradan cəmiyyətdə qazandığı adları saymağa başlayırlar. Amma hər şeydən öncə qadın bütün canlılar kimi Allah tərəfindən yaradılan varlıqdır, ən ali varlıq insandır.Qadın insandır, bu sözü hər yerdə hər zaman demək və var gücümlə hayqırmaq istəyirəm.
Çünki bunu unudanlar var və bu günümüzün ən aktual problemidir. Qadına şiddət, demək olar ki, hər gün xəbərlərdə eşitdiyimiz qadın cinayətləri.
Çox təəsüff ki, həm ölkəmizdə, həm də dünyada bu cür xəbərlərlə hər gün rastlaşırıq. Söz də qadın anadır, bacıdır, qadın müqqədəs varlıqdır deyən insanlar real həyatda bunlara nə qədər əməl edirlər və ya hər kəs belə düşünürsə, qadınlar kim tərəfindən şiddətə məruz qalır, kim tərəfindən öldürülür? İllərdir, cavabsız qalan bu suallar və həyatını itirən onlarla, yüzlərlə və minlərlə qadın.
Hər gün xəbərlərdə adlarını eşitdiyimiz və ondan yarım saat sonra adını unutduğumuz o qadınlar və səhəri gün eyni prosesin təkrarı. Bu proses nə vaxta qədər davam edəcək? Qadınların hüquqları nə vaxta qədər pozulacaq? Bir neçə əlavə cavabı tapılmayan sual.
Bu problemin səbəbini öz ölkəmizdə araşdırsaq, əgər, bu problemin arxasında duran səbəblər nədir?
Mənim fikrimcə, ilk növbədə əsas səbəb milli mentalitetdir. Bizdə belə bir söz var ki, “qız uşağıdır". Bəzən deyirlər sən qız uşağısan, bunu eləmə, onu eləmə və s. Və ya qızlara yox deyilənləri oğlanlar etdikdə aldığımız cavab “o oğlandır”, ”o kişidir”. Məhz elə bütün problemlərin başında duran da budur. Bu cavablar nəticəsində kişilər qadınlardan üstündür düşüncəsi beyinlərinə yeridilir və həyatlarına bu xəstə düşüncə ilə davam edirlər, nə qadınların hüquqi azadlıqlarını tanıyırlar, nə də başa düşürlər.
Bu cümlələri yazmaq bir türk olaraq mənim üçün çox çətindir. Axı biz türklər bu deyilik. Hər
yerdə öz mədəniyyəti, öz tarixi ilə seçilən türklər bu deyil. Bu İslam dini altında yayılan ərəb mədəniyyətidir. Biz niyə tarixin ən qədim mədəniyyətlərindən olan türk mədəniyyətini
unudaq? Hər zaman döyüşləri ilə, ölkələr qurub ölkələr fəth edən böyük qürurla danışdığıımız əcdadlarımızın qadınlara qoyduqları hörmətdən və verdikləri dəyərdən niyə danışmayaq və ya tarixin qalın tozlu səhifələrinə adını qızıl həriflərlə yazan
qəhrəman türk qadınlarının əcdadları indi niyə bu qədər dəyərsizləşdirilib?
Qədim qazax türklərində belə bir atalar sözü
var: “birinci zənginlik sağlamlıq, ikinci zənginlik isə qadındır”. Bu qədər dəyər görən və cəmiyyətdə əsas söz sahibi olan türk qadını. Ümumilikdə qadın qədim türk mədəniyyətində kişinin
tamamlayıcısı mövqeyində idi. Buna görə heç bir iş qadınsız həll olunmazdı .
Orta dövrün ən böyük səyyahı olan İbn-i Batuta
səyahətnaməsində türklərdə qadının mövqeyinı təəccüblənərək “Burada maraqlı hala şahid oldum ki, o da türklərin qadınlara qoyduğu hörmətdir. Burada qadınların adı və mövqeyi çox üstündür” demişdi. Altay türkləri isə qadının müqəddəsliyini göstərmək üçün Altay dağının ən yüksək zirvəsinə “Qadın başı” adını vermişdi. Qadın türk dastanlarında və türk fəlsəfəsində üstün mövqe daşıyır. Yaradılış dastanına görə Tanrı Qaraxana insanları və dünyanı yaratma fikrini verən Ağ ana adlı qadındır və bu onu göstərir ki, qadın dünyanın yardılmasına səbəb olan ilham mənbəyi idi. Bəs qədimdə bu qədər hörmət görən və cəmiyyət də önəmli mövqe tutan toplumun qadınları bu gün nə üçün bu qədər hüquqsuzdur? Bəzən bunu İslam dini ilə əlaqələndirilir. Amma türklər İslamı Hz.Məhəmmədin “Sizin qadınların üzərində haqqınız olduğu qədər qadınlarınızın da sizin üzərinidə haqqı vardır” sözünə uyğun qəbul etmişdilər. İslam dinini qəbul etdikdən sonra da türklərdə qadının rolu böyük idi. Ta ki, türklər İslamı ərəblərdən və farslardan öyrənməyə başlayana qədər. Ərəb və farslardan dini öyrənərkən onların mədəniyyətinə məruz qalmışdı. Əslində qadın türklərdə də İslamda da əl üstündə tutulmalıdır.
Ancaq islamı anlamayanlar dinin qanunlarından çox ərəb mədəniyyətindən təsirlənmişdi. Bununla da qadınların faciəsi başlayır. Əvvəllər türk toplumunda həll edici rol oynayan qadın ərəblərin qadına baxışını din zən edənlərə görə xor görülməyə başlanmışdı. Təəsüff ki, İslam dini altında ərəb mədəniyyətini türklər mənimsəyib.
Bu gün mən bu yazını oxuyan hər kəsə özəlliklə qadınlara səslənirəm. Qadın qadının yurdudur və bir qadını ən yaxşı qadın anlar. Ətrafımızda şiddətə məruz qalan qadınalara dəstək olaq onlara kömək edək ki, itirdiyimiz mövqeyimizi yenidən bərpa
edək. Biz axı Tomrisdən də daha qədim tarixə söykənən qəhraman qadınların davamçılarıyıq.
Maral Namazova
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi