Logo

Tanınmış təlimçi ASAPES tələbələri ilə görüşüb - FOTO

28.11.2022 10:42 227 baxış
IMG

“Dadashsoy Business school”, “Panda School” və bir sıra digər brendlərin qurucusu, tanınmış təlimçi Elvin Dadashsoy Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman tibbi və menecmenti” fakültəsinin “İdman menecmenti və kommunikasiya” ixtisasının SABAH qruplarında təhsil alan IV kurs tələbələrinə təlim keçib.

Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.

Bildirilib ki, “Onlayn media” dərsi çərçivəsində “Yeni biznes modelləri və sosial media” mövzusuna həsr olunan təlim zamanı brendin yaradılması, onun sosial media üzərindən təqdimatı və kommunikasiyanın qurulması məsələlərinə toxunulub, tələbələri maraqlandıran suallar ətrafında maraqlı müzakirələr aparılıb.

Xəbər lenti