Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının təşkilatçılığı ilə qida məhsullarının sərgisi keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
“Təcrübədən nəzəriyyəyə” adlı sərgidə qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları məhsullar iştirakçılara təqdim olunub.
ADNSU-nun rektoru professor Mustafa Babanlı sərginin təşkili ilə bağlı kafedranın və tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib. Qida təhlükəsizliyinin hər zaman aktual olduğunu bildirən rektor universitetdə bundan sonra da qida təhlükəsizliyi ilə bağlı sərgilərin keçirilməsinə dəstək veriləcəyini bildirib.
Sonda tələbələrin hazırladıqları məhsulların dequstasiyası olub.