Logo

Professor: "Ali təhsil ölkənin iqtisadi və sosial inkişafının drayverinə çevrilməlidir"

28.11.2022 12:58 283 baxış
IMG

"Ali təhsil ölkənin iqtisadi və sosial inkişafının drayverinə çevrilməlidir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.

Rektor qeyd edib ki, bu isə ali təhsildə dəyişiklərin xarakterindən asılıdır:

"Ölkənin iqtisadi və sosial inkişafında ali təhsilin rolunun konkretləşdirilməsi bu sahədə konkret hədəflərin müəyyən edilməsini zəruri hesab edir. Başqa sözlə, ali təhsildə proseslərin idarə edilməsinindən daha çox nəticələrin idarə edilməsinə fokuslanmaq daha faydalı görünür. Yəni, ali təhsildə aralıq (yekun hədəflərə xidmət edən qısamüddətli) və yekun hədəflərin (uzunmüddətli) dəqiqləşdirilməsinə ehtiyac olduğunu düşünürük".

Xəbər lenti