Logo

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

28.11.2022 13:43 996 baxış
IMG

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.

Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.

Həmçinin Tədbirlər Planına əsasən Azərbaycanda “Heydər Əliyev - 100” yubiley medalı təsis ediləcək.

Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub.

2023-cü ildə eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.

Xəbər lenti