Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə yeni sədr təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Tehsil.biz xəbər verir ki, Sərəncama əsasən, bu vəzifə Vüqar Əliheydər oğlu Əliyevə həvalə olunub.
Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.
İkinci ali təhsilini Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb.
Vüqar Əliyev əvvəllər AZƏRTAC-da çalışıb. O, bir neçə il Dövlət İnformasiya Agentliyində Siyasət şöbəsində bölmə müdiri vəzifəsində yer alıb.
Daha sonra Heydər Əliyev Fondunda fəaliyyət göstərib..
Vüqar Əliyev son təyinatından öncə Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində çalışıb.