Logo

Məktəblilərimiz beynəlxalq turnirdə uğur qazanıblar

28.11.2022 14:16 439 baxış
IMG

Noyabrın 23-dən 27-dək Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 14-cü beynəlxalq payız turniri təşkil edilib.

Tehsil.biz xəbər verir ki, 18 ölkə və 392 iştirakçının yarışdığı turnir hibrid formada keçirilib.

Yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş, “Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medal qazanıb.

Xəbər lenti