Logo

Dövlət İmtahan Mərkəzinin əməkdaşları seminar keçiblər

28.11.2022 18:30 177 baxış
IMG

Noyabrın 25-də Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Şərqi Zəngəzur regional təhsil idarəsinin və tabeliyində olan rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumi təhsil məktəblərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2022/2023-cü tədris ili üzrə Təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, DİM-in Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov çıxış edərək “Şagird-məzun” sistemindəki yeniliklər və onlardan istifadə qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verib. 

Görüşdə Təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti