Logo

Məktəblilər narkomaniyanin problemləri barədə məlumatlandırılıblar

28.11.2022 19:02 97 baxış
IMG

Qubadlı rayon B.Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəbdə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, törətdiyi fəsadlardan, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən bəhs edilib, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığı vurğulanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara tövsiyələr verilib.

Xəbər lenti