Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

28.11.2022 19:15 77 baxış
IMG

Bu gün Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki fənn üzrə iclaslarda gündəlik məsələ tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub. Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlil edilib. 

Təhlil nəticəsində tapşırıqların hər birinin müvafiq fənn kurikulumlarının təlim nəticələrinə, qüvvədə olan dərsliklərə uyğunluğu, bilik və bacarıqları obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha təsdiq edilib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti