Xəbər verdiyimiz kimi, şəhid Zəfər Murtuzəliyevin bacısı Mehparə Murtuzəliyeva elə şəhid qardaşının adını daşıdığı Zaqatala şəhər 1 saylı orta məktəbinə direktor təyin edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Mehparə Murtuzəliyeva bu təyinatla bağlı öz təəssüratlarını "Tehsil.biz"lə bölüşüb.
Saytımıza açıqlama verən M.Murtuzəliyeva çox məsuliyyətli işə sahibləndiyini bildirib:
"Çalışacağam ki, qardaşımın adına olan məktəbi daha da yüksəklərə qaldırım. Fərqli bir hissdir. Çünki doğurdan da hər hansı bir idarədə biri var, adi halda direktor olasan, biri var, qardaşının adına olan məktəbin direktoru olasan. Hər dəfə məktəbə gedəndə qardaşımın şəkillərinə baxdıqca onun ruhunun həmişə yanımda olduğunu bilirəm. Məktəbin daha da irəliləməsi üçün əlimdən gələni edəcəyəm".