Logo

BDU-nun SABAH tələbələri “Kapital Bank”ın “Bizdən biri” təcrübə proqramına seçiliblər

28.11.2022 21:00 103 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Sultanə Sultan və Rüfət Nağıyev “Kapital Bank” ASC tərəfindən təşkil edilən “Bizdən biri” təcrübə proqramına seçiliblər.

Tehsil.biz xəbər verir ki, hüquq təhsili alan 134 tələbə arasından seçilən tələbələr proqramda 3 ay təcrübə keçəcəklər.

Qeyd edək ki, “Bizdən biri” təcrübə proqramı çərçivəsində tələbələr müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması qaydası ilə tanış olacaq, eləcə də hüquqi mövzuda saysız müzakirələrdə iştirak edəcəklər.

Xəbər lenti