Logo

AzTU-nun rektoru FHN Akademiyasının rəisi ilə görüşüb

28.11.2022 21:55 107 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, AzTU FHN Akademiyası ilə müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiat işlərinin yerinə yetirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edə bilər.

AzTU-ya səfər etməkdən məmnunluğunu ifadə edən general-mayor Baba Salayev FHN Akademiyasında görülən işlər barədə məlumat verib. Qeyd olunan təkliflərlə bağlı fikirlərini ifadə edən akademiya rəisi bu təkliflərin birgə icrasının mümkünlüyünü bildirib. Bunun üçün hər iki tərəfdən İşçi Qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.

Görüş zamanı hər iki ali məktəb arasında müvafiq sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparılıb.

Xəbər lenti