Logo

"Universitetlərimizin inkişaf yolu Türkiyə universitetləri ilə inteqrasiyadan keçir"

28.11.2022 22:46 593 baxış
IMG

"Azərbaycan universitetlərinin sürətli inkişaf yolu Türkiyə universitetləri ilə inteqrasiyadan keçir".

Bunu "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.

O bildirib ki, bir halda təhsilimizin "reanimasiya"dan salamat çıxmasına şans yaranar:

"Hərbi sahədə kadr hazırlığında əməkdaşlığımız NATO standartına əsaslandığı kimi mülki sahədə də kadr hazırlığı Avropa (Boloniya) standartına əsaslanmalı, dostluq və qohumluq prinsipi ilə təyin edilən "təhsil menecerlərimizi" türk təhsil menecerləri ilə əvəzləməliyik. Bu halda təhsilimizin "reaanimasiya"dan salamat çıxmasına şans yaranar".

Dosent qeyd edib ki, biz bu gün Türkiyə və İran universitetlərindən 15-20 il geriyik:

"Qərbi Avropa universitetlərini hələ demirəm. 2009-cu ildə Firat Universitetində keçirilən Beynəlxaq konfransda TC Baş nazirinin o vaxtkı müavini öz çıxışında deyirdi ki, TC coğrafi baxımdan türkdilli ölkələrdən qərbdə yerləşir. Onların qərbə inteqrasiyasının yolu Türkiyədən keçir. Yəni bizim universitetlərin qərb universitetlərinə az da olsa, yaxınlaşması üçün ilk 10-15 ildə onlar TC universitetlərinə yaxınlaşmalıdır".

Xəbər lenti