Logo

Qala məktəbliləri Pedaqoji Universitetdə olublar

28.11.2022 23:56 261 baxış
IMG

Noyabrın 28-də Xəzər rayonu Qala qəsəbəsi 185 nömrəli tam orta məktəbin 40 nəfərədək şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, ziyarət Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) “Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Bakıətrafı məktəblərin şagirdlərinin ADPU-ya silsilə səfərləri təşkil olunur.

Görüşdə sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, GRQM İB-nin sədri Məleykə Əlizadə, gender və siyasi məsələlər üzrə ekspert Vüsalə Hüseynli, 185 nömrəli tam orta məktəbin direktoru Fuad Mirzəyev, həmçinin məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

Şagirdlər universitetlə tanış olaraq, Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, müasir Kitabxana-İnformasiya Mərkəzi və tədris auditoriyalarında olublar.

Xəbər lenti