Logo

Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə keçiriləcək

29.11.2022 00:19 136 baxış
IMG

Hüquq və İnsan Haqları İnstitutunda 10 Dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə keçiriləcək.

Bu barədə Hüquq və İnsan Haqları İnstitutundan məlumat verilib.

Müsabiqənin şərtlərinə əsasən jurnalistika üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqə çərçivəsində insan hüquqlarının geniş ictimaiyyət tərəfindən daha yaxşı tanınmasına yönələn qrafik (kollaj) və ya videoçarx formatında (1 dəqiqəyə qədər) təqdimat hazırlanmalıdır.

Təqdimatlar dekabrın 5-i saat 13:00-dək [email protected] elektron poçtuna göndərilməlidir.

İştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqə qaliblərinə hüquq və insan haqlarına aid 30 kitab və sertifikat veriləcək. Həmçinin qaliblər dövlət rəsmiləri ilə keçiriləcək tədbirdə iştirak və təltifetmə, Hüquq və İnsan Haqları İnstitutunda təcrübə keçmək imkanı qazanacaqlar.

Xəbər lenti