Şəki rayonu Böyük Dəhnə kəndinin 1 nömrəli tam orta məktəbinin valideynləri təhsil ocağındakı istilik sistemindən narazıdırlar.
Tehsil.biz xəbər verir ki, narazlığa səbəb məktəbdə siniflərin odun peçi vasitəsi ilə qızdırılmasıdır.
Məktəbdə müasir istilik avadanlıqlarının quraşdırılmasını istəyən valideynlər odun peçi ilə sinif otaqlarının normal isidilmədiyini bildiriblər.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan "Tehsil.biz"ə bildirildi ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 290 odun, 214 qaz, 78 isə dizellə isidilir, sözügedən məktəb də odunla isidilən məktəblər siyahısındadır.