Logo

Ekspert: "Azərbaycanda elmi məqalə yaza bilməyən professorlar var"

29.11.2022 11:38 266 baxış
IMG

"Bu gün Azərbaycanda elə professorlar var ki, elmi məqalə yaza bilmirlər".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, həmin alimlər, tədqiqatçılar özləri fərdi qaydada, öz vəsaitləri hesabına dili öyrənəcksə, onda biz Elm və Təhsil Nazirliyinin bu prosesdə birmənalı şəkildə rolunu görə bilmirik:

"Mən inanıram ki, dövlət gənc alimlərin, tədqiqatçıların ingilis dilini öyrənmələri üçün stimul yaradacaq, onlar üçün kurslar təşkil edəcək. Hətta Azərbaycanda bu gün elmi dərəcəsi olan elmlər doktoru, professoru var ki, elmi məqalə yaza bilmir. Onlar beynəlxalq jurnalların tələblərinə cavab verən normal məqalə belə yaza bilmirlər. Baxmayaraq ki, bunlar elmlər doktoru, professorlardır. Azərbaycanda elmi-tədqiqatlarla bağlı, alimlərin işi ilə bağlı problemlərimiz mövcuddur, ancaq təəssüf ki, bu problemlərin aradan qaldırılmasında Elm və Təhsil Nazirliyinin rolunu görə bilmirik”.

Xəbər lenti