Logo

Azərbaycanlı tələbə yapon dili müsabiqəsində uğur qazanıb

29.11.2022 13:48 542 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) II kurs tələbəsi Əsmər Cəfərli Bakı Dövlət Universitetində keçirilən 21-ci Bakı yapon dili natiqlik müsabiqəsində III yerə layiq görülüb.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, o, müsabiqəyə “Mənim gözümdə dostluğumuz” mövzusunda inşası ilə qatılıb. Yapon dilində səlis çıxışı ilə münsiflərin diqqətini cəlb edən Əsmər Cəfərliyə qazandığı uğura görə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Əsmər Cəfərli yapon dilini orta məktəbin V sinfində oxuyarkən öyrənməyə başlayıb. O, tək yapon dilinə yox, yapon mədəniyyəti, tarixi, adət-ənənələrinə böyük maraq göstərərək bu istiqamətdə təşkil olunan yarışlarda və müsabiqələrdə uğurla iştirak edir.

Xəbər lenti