Logo

ADU-nun tələbələri intellektual yarışın qalibi olublar

29.11.2022 14:36 351 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Biz bir ailəyik - Biz qalibik” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibi olublar.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib. Qeyd olunub ki, 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş intellektual yarışda universitetin tələbələri Nəzrin Nəzərli, Peyman Ağazadə, Gülhəsən Kərimov və Fikrət Ağayev 14 komanda arasında birinci yerə layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, yarış “Biz bir ailəyik” Əlliliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti